• Karib üsulu aş resepti

Reseptin məlumatları Baxış sayı: 15 632

Tarix : 19-09-2014, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Tərəvəz yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Hər bir Latın Amerikası ölkəsində bu xörəyi müxtəlif cür hazırlayır və başqa-başqa adlar verirlər. Amma onun tərkibində dəyişməyən ərzaqlar var: düyü, lobya və ədviyyat.

Tərkibi:
1 st. düyü
1 soğan
2 diş sarımsaq
0,5 əd. şirin bibər
1 banka qırmızı lobya konservi
1 bulyon kubiki
3 x.q. bitki yağı
1 ç.q. zirə
1,5 st. qaynar su
0,5 ç.q. duz

Hazırlanması:
Dibi qalın tavada xırda doğranmış soğan və sarımsağı bitki yağında qovurun.

Şirin bibər, bulyon kubiki (əlinizdə ovxalayın) və cirə əlavə edin. 1 dəqiqə sonra düyünü əlavə edin, 3-4 dəqiqə qarışdıra-qarışdıra qovurun.
Qaynar suyu və qırmızı lobyanın konservinin suyunu, duz əlavə edin, qarışdırın. Qaynara düşəndə ocağı azaldın, qapağını örtün və 10 dəqiqə bişirin. Qırmızı lobyanı əlavə edib ehtiyatla qarışdırın, qazanın qapağını örtüb daha 5 dəqiqə bişirin.
Boşqaba çəkəndə üzərinə limon sıxa və 1-2 x.q. qaymaq (yaxud xama) əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, kubiki, bulyon, qırmızı, bibər, bitki, bişirin, qarışdırın, qarışdıra, soğan, qapağını, qovurun, lobya, başqa, ocağı, düşəndə, ölkəsində, örtün, Qaynara
BİZİ İZLƏYİN