• Tərəvəzli ştrudel resepti

Reseptin məlumatları Baxış sayı: 16 960

Tarix : 23-09-2014, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q ispanaq
2 x.q. zeytun yağı
1 soğan
2 badımcan
3 qabaq
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
2 x.q. kərə yağı
duz
qara istiot
4 yuxa (çiy)
2 x.q. doğranmış göyərti
1 st. sürtgəcdən keçirilmiş holland pendiri
2 x.q. küncüt

Hazırlanması:

İspanağı qaynar suda bir neçə dəqiqə qaynadın. Sudan çıxarıb ovcunuzda sıxın. Salfetin üstünə sərib qurudun. Xırda doğrayın.

Tavada zeytun yağında xırda doğranmış soğanı 2-3 dəqiqə qovurun.

Badımcanı, qabaq və bibərləri xırda doğrayın, ispanaqla birlikdə tavada qovrulan soğana əlavə edin. Yumşalanadək qarışdıra-qarışdıra bişirin. Duz, qara istiot əlavə edin, ocaqdan götürün. Soyudun.

Kərə yağını əridin. Birinci yuxanın üstünə kərə yağından çəkin, sonra o biri yuxaları da aralarını yağlayaraq üst-üstə düzün. Ən üstdəki yuxanın ortasına qovurduğunuz tərəvəzləri, doğranmış göyərtini və sürtgəcdən keçirilmiş holland pendirini uzununa döşəyin. Yuxanı rulet kimi bükün. Üstünə kərə yağı çəkib, küncüt səpin. 210 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

Nuş olsun!

Etiketlər: doğranmış, küncüt, keçirilmiş, sürtgəcdən, yuxanın, dəqiqə, doğrayın, üstünə, xırda, holland, əlavə, qabaq, istiot, bibər, bişirin, zeytun, qarışdıra, aralarını, yağlayaraq, düzün
BİZİ İZLƏYİN