• Buxara dəmləməsi resept - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 610

Tarix : 24-09-2014, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500-600 q qoyun əti
3-4 baş soğan
2-3 yerkökü
3 ədəd bolqar bibəri (müxtəlif rəngli)
3-4 ədəd kartof
3-4 ədəd qabaq (yaxud badımcan)
1 balaca baş kələm
şüyüd
cəfəri
keşniş
zirə
zirinc
duz
istiot
keşniş toxumu (istəyə görə)
1 baş sarımsaq
1 ədəd çili istiotu (yaxud acı istiot)

Hazırlanması:
Əti orta irilikdə doğrayın (təxminən 25-30 qramlıq tikələrə). Soğan və bibərləri yarımhalqa, yerkökü, pomidor və qabaqları halqa doğrayın. Kartofu da qalın halqalara doğrayın (əgər diametri böyük alınırsa, ortadan bölün).

Kələmi iki bölün, ortasının zoğunu çıxarın, qalanını qalın yarımhalqa şəklində doğrayın (çox nazik olmasın).
Kələmin üstünə azca duz səpin. Əlinizdə azca ovxalayın. 10 dəqiqə saxlayın.

Göyərtini xırda doğrayın.

Ədviyyatı hər layın arasına səpmək lazımdır (pomidorla olan laydan başqa).

Döşəmə: qazanın dibinə soğanın yarısını səpin, üstünə əti düzün. Duz, istiot, zirə, zirinc, acı qırmızı istiot səpin. Soğanın qalanını üstdən döşəyin. Yerkökünü üstündən düzün. Pomidorları düzün. Duz vurmayın, zirə və zirinc vurmaq olar. Doğranmış bibərləri səpin. Sarımsağı təmizləyin, bıçağı eninə çevirin, sarımsağı altına qoyub üstdən əlinizlə vurun. Əzilmiş sarımsaqları bibərlərin üstünə səpin. Yenə də ədviyyət səpin. Kartofu düzün. Başı azacıq çərtilmiş bir neçə diş sarımsağı, ədviyyatı, üstündən isə doğranmış şüyüdü səpin.

Kələmi kartofun üstündən düzün. Duzdan başqa digər ədviyyatı, doğranmış göyərti səpin. Bir diri çili istiotunu ortasına qoyun.

(Göyərtinin doğramadan, yuyub, dəstə bağlayıb qazana qoymaq, xörək hazır olandan sonra çıxarmaq da olar).

Qazanın ağzına folqa çəkin, qapağını bağlayın (bəzən folqanın üstünə yük qoyur, sonra qazanın qapağını qoyurlar, amma bunsuz da keçinmək olar). Əvvəlcə qazanı orta itilikdə ocağın üstünə qoyun. Qazanın içindəki qaynamağa başlayanda (qulağınızı qazana yapışdırmadan səsini dinləyin) ocağı azaldın, təxminən 1,5-2 saat vam odda bişirin. Bişmə prosesində qazanın ağzını açmaq məsləhət deyil.

Dəmləmə hazır olandan sonra qazanın ağzına iri bulud qoyaraq onu tərs çevirə bilərsiniz. Amma bu bir qədər təhlükəlidir, özünüzü yandıra bilərsiniz. Odur ki, qaşıqla boşqablara elə çəkin ki, tərəvəzlər əzilməsin.
Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT

Buxara dəmləməsi resept - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: səpin, doğrayın, düzün, üstünə, qazanın, istiot, zirinc, sonra, qoyun, üstündən, Kələmi, ədviyyatı, sarımsağı, bölün, qalın, yarımhalqa, Kartofu, üstdən, qapağını, doğranmış
BİZİ İZLƏYİN