• Almalı küftə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 005

Tarix : 12-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
600 q qiymə
1 turşməzə alma
0,5 limonun şirəsi
2 diş sarımsaq
1 yumurta
2 x.q. suxarı
duz
istiot

Sous üçün:
1 iri baş soğan
1 x.q. un
100 ml ağ şərab
200 ml bulyon
duz

Hazırlanması:
Almanın qabığını, cecəsini təmizləyin, sürtgəcin iri gözündən keçirin. Üzərinə limon şirəsi səpin. Qiymə, xırdalanmış sarımsaq, yumurta, suxarı, duz və istiotla qarışdırın. 16 küftə tutun.

Tavada 2 x.q. yağı qızdırın. Küftələrin hər üzünü qızardın (təxminən 5-6 dəqiqə).

Boşqaba yığın.

Soğanı xırda doğrayın. Orta itilikdə odda təxminən 4 dəqiqə qovurun. Un əlavə edib qarışdırın, 1 dəqiqə qovurun. Tədricən şərab və bulyon əlavə edin, qarışdırmağı da unutmayın, yoxsa içində lopalar qalar.

Küftələri sousun içinə qoyun, tavanın qapağını örtüb hazır olanadək, təxminən 15 dəqiqə bişirin.

Süfrəyə kartof püresi, yaxud başqa qarnirlə verə bilərsiniz.
Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT

Almalı küftə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, təxminən, qovurun, şərab, bulyon, qarışdırın, suxarı, əlavə, şirəsi, sarımsaq, yumurta, qalar, lopalar, Küftələri, sousun, içində, doğrayın, unutmayın, içinə, Tədricən
BİZİ İZLƏYİN