• Yumurta ağı ilə fri kartofu resepti

Reseptin məlumatları Baxış sayı: 18 474

Tarix : 25-09-2014, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Əgər fri kartofunu sevir, ancaq qızardılmış yeməklərdən uzaq durmağı üstün tutursunuzsa, əsl sizlikdir. Onu uşaqlarınıza da çəkinmədən yedirə bilərsiniz. Belə kartof qıpqırmızı və xırt-xırt alınır.

Tərkibi:
7 kartof
2 yumurtanın ağı
duz və paprika

Hazırlanması:
Kartofu yuyub qabığını soyun, 1 sm qalınlıqda uzun-uzun doğrayın.

Yumurta ağlarını duzla çalın. Bunu doğranmış kartofun üzərinə tökün, yaxşıca qarışdırın, elə edin ki, hər kartof dilimi tamamilə yumurta ağına bulaşsın.

Sobanı yaxşıca qızdırın. Siniyə perqament döşəyin. Kartofu üzərinə yayın, paprika səpin. Kartofu sobada qızıranadək bişirin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: Kartofu, kartof, yaxşıca, paprika, üzərinə, tamamilə, yumurta, olsun, qarışdırın, doğranmış, kartofun, tökün, bulaşsın, dilimi, Sobanı, sobada, səpin, qızıranadək, bişirin
BİZİ İZLƏYİN