• Dietik fri kartofu resepti

Reseptin məlumatları Baxış sayı: 25 892

Tarix : 25-09-2014, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Pəhriz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Kalorilərdən qorxanlar üçün resept. Bunun yağı az olur, üstəlik, ədviyyatı da dili yandırır.

Tərkibi:
1 kq kartof
50 q bitki yağı
50 q narın suxarı
1 ç.q. şirin paprika
1 ç.q. zirə tozu
1 çimdik qırmızı istiot
duz
qara istiot

Hazırlanması:
Kartofu yuyub təmizləyin, 8 yerə bölün. Salfetlə yaxşıca qurulayın. Bir ləyənə yığın, üzərinə yağ gəzdirin, elə qarışdırın ki, hər bir dilim yağla tamam örtülsün.

Başqa qabda narın suxarı, paprika, qırmızı istiot, qara istiot, zirə və duzu qarışdırın. Kartofu bu qarışığa batırın.

Sobanı yaxşıca qızdırın. Siniyə perqament döşəyin. Kartofu bir lay üstünə düzün. Arada qarışdıraraq yarım saat, qızaranadək bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: suxaridə, istiot, Kartofu, suxarı, paprika, yaxşıca, qırmızı, qarışdırın, narın, Siniyə, qızdırın, batırın, örtülsün, tamam, Başqa, qabda, qarışığa, Sobanı, döşəyin, bişirin, qızaranadək
BİZİ İZLƏYİN