• Türk üsulu cəfərili yalancı dolma resepti

Reseptin məlumatları Baxış sayı: 25 920

Tarix : 26-09-2014, 22:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q yarpaq
2 su st. düyü
2 orta boy soğan
0,5 dəstə cəfəri
0,5 dəstə şüyüd
0,5 dəstə nanə
5 x.q. zeytun yağı
duz
istiot

Hazırlanamsı:
Düyünün üstünə qaynar su tökün. 1 saat sonra süzüb yuyun. Soğanı xırdalayın. Tavaya tökün, üzərinə çıxanadək su tökün, taxta qaşıqla qarışdırıb suyunu çəkənədək vam odda bişirin.
Cəfəri, şüyüd, nanənı xırdlalayın. Düyü, soğan, göyərti, 2 qaşıq zeytun yağı, duz, qara istiotu qarışdırın. Uzunsov dolma bükün. Dolmaların yarısına qədər qaynar su və 3 qaşıq zeytun yağı əlavə edin. Üzərinə boşqab qoyub vam odda 30-40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: zeytun, dəstə, tökün, bişirin, soğan, qaynar, qaşıq, şüyüd, qarışdırın, Uzunsov, Cəfəri, nanənı, göyərti, dolma, istiotu, xırdlalayın, yarısına, qoyub, olsun, dəqiqə
BİZİ İZLƏYİN