• Ətli buğlama resepti

Reseptin məlumatları Baxış sayı: 159 729

Tarix : 31-05-2014, 20:05

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ət (dana ya da quzu)
3 ədəd pomidor
2 ədəd baş soğan
1 ədəd şirin bibər
7-8 ədəd alça turşusu
Duz

Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Şirin bibəri yuyub halqa ya da uzunsov doğrayırıq.
Pomidorun qabığını soyub halqa doğrayırıq.
Birinci əti yuyub qazanın içinə düzürük.
Sonra doğranmış soğanı tökürük.
Alça turşusunu yuyub soğanın üstündən qoyuruq.
Doğranmış bibəri tökürük.
Halqa doğradığımız pomidoru düzürük.
Üstünə 1/2 st su töküb duz əlavə edib vam odda 2-2,5 saata bişiririk.
Hazır olanda yağa düşəcək az suyu qalacaq.

Nuş olsun!
Etiketlər: doğrayırıq, yuyub, halqa, qabığını, bibəri, tökürük, düzürük, soyub, Halqa, Doğranmış, turşusunu, soğanın, üstündən, qoyuruq, doğradığımız, pomidoru, olanda, düşəcək, qalacaq, olsun
BİZİ İZLƏYİN