• Qazan kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 111 273

Tarix : 31-05-2014, 20:12

Bölmə : Quru yeməklər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q çəkilmiş ət
3 ədəd baş soğan
4-5 ədəd kartof
2 ədəd şirin bibər
3 ədəd pomidor
3 x.q əridilmiş kərə yağı
1/2 st su
1 balaca dəstə (keşniş, şüyüd, reyhan)
Duz
Istiot

Hazırlanması:
Bütün tərəvəzləri təmizləyib yuyuruq.Soğanın ikisini ətlə bir maşından keçirib üstünə duz və istiot töküb qarışdırırıq.
Bir ədəd soğanı nazik halqa doğrayırıq.
Kartofu halqa doğrayırıq.
Pomidoru halqa doğrayırıq.
Bibəri ya halqa ya da nazik uzun doğrayırıq.
Qazana birinci ətdən kotletlər düzəldib düzürük.
Ətin üstünə kartofu düzürük.
Kartofun üstündən soğanı tökürük.
Soğanın üstünə bibəri tökürük.
Bibərin üstünə pomidorları düzürük.
Üstünə duz, istiot, yağ və su töküb yeməyi vam odda bişməyə qoyuruq.
Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!
Etiketlər: üstünə, doğrayırıq, halqa, düzürük, tökürük, istiot, soğanı, Soğanın, töküb, nazik, Kartofun, üstündən, çəkilmiş, bibəri, kartofu, soğan, birinci, ətdən, kotletlər, düzəldib
BİZİ İZLƏYİN