• Toyuqlu-qabaqlı stir-fray resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 626

Tarix : 21-12-2015, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd toyuğun döş əti (hər biri 150 q)
1 x.q. nişasta və ya un
1 orta qabaq (təxminən 300 q)
1 iri bolqar bibəri
1 dilim təzə zəncəfil (yaxud 1 ç.q. üyüdülmüşü)
2 diş sarımsaq
2 x.q. soya sousu
2 x.q. düyü və ya alma sirkəsi
2 x.q. şəkər tozu (yaxşı olar ki, qəhvəyisi)

Hazırlanması:
Toyuğun döş ətini şəridlərə doğrayın. Tavaya yığın, nişasta və ya un əlavə edib yaxşıca qarışdırın (ətin hər tərəfinə yayılmalıdır).
Toyuqlu-qabaqlı stir-fray resepti - FOTO RESEPT


Toyuqlu-qabaqlı stir-fray resepti - FOTO RESEPT


Bibəri və qabağı saman kimi, zəncəfil və sarımsağı xırda doğrayın.

Dərin tavada 2 x.q. bitki yağını əridin. İti odda toyuq ətindən az-az qoyaraq qızılı rəng alanadək qovurun, hər tikəni təxminən 2 dəqiqə. Boşqaba yığın.

Tavaya zəncəfil və sarımsağı atıb qarışdıraraq 30 saniyə qovurun. Qabaq və bibəri əlavə edib qarışdıra-qarışdıra 5 dəqiqə bişirin.
Toyuqlu-qabaqlı stir-fray resepti - FOTO RESEPT


Qızardılmış toyuğu buraya əlavə edin. Soya sousu, sirkə, şəkər tozu əlavə edin, daim qarışdıraraq 1-2 dəqiqə bişirin.

Süfrəyə düyü ilə verin.
Toyuqlu-qabaqlı stir-fray resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, zəncəfil, bişirin, sousu, şəkər, qarışdıra, qarışdıraraq, yığın, nişasta, sarımsağı, təxminən, bibəri, doğrayın, Tavaya, qovurun, tikəni, qızılı, əridin, yağını
BİZİ İZLƏYİN