• Maakuda - badımcanlı omlet resepti

Reseptin məlumatları Baxış sayı: 16 232

Tarix : 28-09-2014, 17:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Badımcanlı omlet Tunis mətbəxinə aiddir.

Tərkibi:
1 badımcan
2 yumurta
1 baş soğan
1 diş sarımsaq
cəfəri
duz
ədviyyat (zirə, karri, qara istiot) - istəyə görə
2 x.q. bitki yağı
1/4 limon

Hazırlanması:
Badımcanı yuyub qurulayın. Qabığını təmizləmədən bir neçə yerdən çəngəllə deşin, sobada hazır olanadək bişirin.
Hazır badımcanı soyudun, qabığını soyun, lətini çəngəllə əzin.
Soğanı nazık doğrayın, sarımsağı əzin.

Tavada 1 x.q. bitki yağını qızdırın. Soğanı qızılı rəng alanadək qovurun, sonra əzilmiş sarımsaq əlavə edərək 1 dəqiqə qovurun.

Yumurtaları çəngəllə yüngül çalın. Cəfərini xırda doğrayın.

Yumurtaya duz və ədviyyət vurun. Sonra badımcan, soğan-sarımsaq, cəfəri və yumurtanı qarışdırın.

Tavaya 1 x.q. bitki yağı töküb qızdırın, yumurtalı-badımcanlı qarışığı töküb tavanın qapağını örtün, vam odda 10 dəqiqə bişirin.

Sonra qapağını açın, tavanı 190 dərəcə qızdırılmış sobaya qoyub 5-7 dəqiqə, hazır olanadək bişirin.

Hazır maakudanı 6 yerə bölün.

Süfrəyə verərkən yanına limon dilimləri düzün.

Nuş olsun!
Etiketlər: bitki, bişirin, dəqiqə, sarımsaq, çəngəllə, limon, qızdırın, töküb, Sonra, qapağını, doğrayın, Soğanı, hazır, qovurun, Hazır, cəfəri, olanadək, badımcan, soğan, Tavaya
BİZİ İZLƏYİN