• Hünkar bəyəndi resepti

Reseptin məlumatları Baxış sayı: 21 517

Tarix : 29-09-2014, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hünkar üçün:

1 kq qoyun əti
1 soğan
7-8 ədəd acı istiot (uzun bibər)
3 ədəd iri pomidor
2 diş sarımsaq
125 q kərə yağı

Bəyəndi üçün:
6 badımcan
1 st. sürtgəcdən keçirilmiş holland pendiri
2 dolu x.q. un
2 x.q. kərə yağı
1,5 st. süd (yaxud bulyon)
1 yumurta
1 ç.q. muskat cevizi
1 ç.q. ağ istiot
duz

Hazırlanması:
Hünkar: Əti doğrayıb qazana yığın, ocağın üstünə qoyun. suyunu buraxıb yığana qədər bişirin (təxminən 1 saat 15 dəqiqə). Ət yağa düşəndə kərə yağını əlavə edin. Əridikdən sonra xırda doğranmış soğan və sarımsağı əlavə edin, qarışdırın. Qazanın qapağını örtüb soğanlar şəffaflaşana qədər bişirin. Duz vurun.

Xırda doğranmış acı istiotları ətə əlavə edib 5 dəqiqə bişirin. Qabığı soyulub iri kubik doğranmış pomidorları əlavə edin (qazanın qapağını çox açıq saxlamayın ki, ət öz suyunda bişə bilsin, əgər tez-tez açırsınız və bağlamağı unudursunuzsa, arada 1 x.q. olmaqla qaynar su əlavə edin).

Bəyəndi: Badımcanı ocaqda közləyin. Suyun altında qabığını soyun, limonlu suda 10-15 dəqiqə saxlayın (rəngi qaralmasın deyə). Sonra kubik doğrayıb aşsüzənə yığın ki, içinə çəkdiyi limon suyu süzülsün.

Beşamel sous: Unu quru tavada qovurun, saralmadan kərə yağını əlavə edin. Soyuq (!) süd və ya ət suyunu yavaş-yavaş tökərək qarışdırın, iri qabarcıqlar çıxanda, demək, hazırdır.

Badımcanla beşamel sousunu qarışdırın, muskat cevizi, ağ istiot, duz əlavə edib qarışdırın, soyudun. Sonra 1 yumurta əlavə edib qarışdırın.

Xörəyi süfrəyə verərkən badımcanla beşamel sousu qarışığını ocağın üstə qoyun, üzərinə holland pendiri səpin. Pendir əriyənədək bişirin.
Hünkarları da bəyəndinin üstünə düzün.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, bişirin, qoyun, dəqiqə, doğranmış, istiot, ocağın, qədər, suyunu, üstünə, doğrayıb, kubik, yavaş, qapağını, beşamel, cevizi, yağını, yığın, Bəyəndi
BİZİ İZLƏYİN