• Şüyüd souslu toyuq kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 400

Tarix : 9.02.2018, 20:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Qiymə əsası:
Toyuq filesi – 500 qr
Yumurta – 1 ədəd
Baş soğan – 1 ədəd
Un suxarısı – 2 xörək qaşığı
Toyuq filesi soğanla birlikdə çəkilir. Yumurta, un suxarısı, duz əlavə olunur və qarışdırılır.

Yağ əsası:
Şüyüd –1 dəstə
Kərə yağı – 80 qr
Şüyüd xırda-xırda doğranılır. Üzərinə yağ əlavə olunur. Kolbasa şəklində plyonkaya bükülür və soyuducuya qoyulur.

Sous əsası:
Qaymaq – 500 qr
Buğda unu – 2 xörək qaşığı
Şüyüd – 1 dəstə
Kərə yağı – 50 qr

Hazırlanması:
Tavada yağ əridilir. Üzərinə xırda-xırda doğranmış şüyüd əlavə olunur. Yaxşıca qarışdırılır. Sonra un əlavə olunur və bir daha qarışdırılır. Qarışdırılan zaman üzərinə qaymaq tökülür. Duzlanır. Tavada qaynadılır. 1-2 dəqiqə qaynadıqdan sonra tava ocaqdan götürülür.

1 xörək qaşığı qiymə kökə vəziyyətinə gətirlir. Ortasına şüyüd yağı tökülür. Qiymənin ağzı yağ ilə bağlanır. Sonra kotlet un suxarısına hərtərəfli batırılır. Tavada qızarmağa qoyulur. Qızardıqdan sonra dərin tava və ya qazana keçirilir. Üzərinə şüyüd sousu tökülür. Qazanda ilk öncə qaynamağa qoyulur. Sonra isə asta odda bişənə qədər qalır.

Nuş olsun!

Etiketlər: xırda, olunur, əlavə, qarışdırılır, Şüyüd, qoyulur, tökülür, şüyüd, Tavada, Üzərinə, Sonra, xörək, qaşığı, əsası, sonra, Toyuq, Yumurta, filesi, dəstə, suxarısı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica