• İftar gülü resepti

Reseptin məlumatları Baxış sayı: 17925

Tarix : 29.09.2014, 14:00

Bölmə : Quru yeməklər, Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
4 yuxa

Sous üçün:
0,5 st. bitki yatı
0,5 st. qatıq

İç üçün:
4 ədəd suda bişmiş kartof
150 q sosis (sucuk)
1 st. sürtgəcdən keçirilmiş holland pendiri
0,5 dəstə cəfəri
1 ç.q. pul bibər
duz

Üzəri üçün:
yumurta sarısı
xaş-xaş

Hazırlanması:
Bişmiş kartofu və sosisləri (sucuğu) sürtgəcdən keçirib bir qaba yığın. İç üçün olan digər ərzaqlarla qarışdırın. Əgər çox quru alınırsa, azacıq bitki yağı əlavə edin.

Sous üçün bitki yağı ilə qatığı yaxşıca çalın.

Yuxanı taxtanın üstünə sərin, üzərinə sous çəkin (quru yer qalmasın). İkinci yuxanı üstünə sərib onun da üzərinə sous çəkin. Bunları diaqonal üzrə iki yerə bölün (4 ədəd üçbucaq alınmalıdır).

Üçbucaqların gen tərəfinə iç qoyun, rulet kimi bükün, sonra isə bir başından tutub içəriyə doğru spiral kimi qatlayaraq gül şəkli verin.

Yağlanmış siniyə düzün.

Artıq qalan sousun içinə 1 yumurtanın sarısını əlavə edin, çalın, börəklərin üstünə çəkin. Xaş-xaş səpin.

Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!
Etiketlər: çəkin, üstünə, bitki, üzərinə, çalın, əlavə, sürtgəcdən, bükün, doğru, içəriyə, sonra, tutub, başından, rulet, tərəfinə, üçbucaq, bölün, alınmalıdır, Üçbucaqların, diaqonal
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN