• Adana kababı resepti

Reseptin məlumatları Baxış sayı: 657

Tarix : 19.07.2018, 20:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 qram dana ətindən qiymə
300 qram quzu ətindən qiymə
1 diş sarımsaq
2 ədəd quru soğan
1 çay qaşığı pul bibər
1 çay qaşığı qara istiot
1 xörək qaşığı acı bibər tomatı
½ dəstə cəfəri

Hazırlanması:
* Adana kababını hazırladığınız şişi quyruq yağı ilə yağlasanız kababınız daha ləzzətli olacaq. Bişirərkən şişin altına sini və ya list qoyun ki, kababın yağı sobanızı kirləndirməsin.

Hazırlanma qaydası: Soğanları kvadrat doğrayın. Sarımsaqları əzib soğanlara qarışdırın. Quzu qiymə və dana qiyməni qarışdıraraq soğan və sarımsaqla yoğurun. Pul bibər, acı bibər və tomatı ətə əlavə edib yaxşıca qarışdırın. Sonra cəfərini və bir az duruyağ əlavə edin. Hazırladığınız bu qarışığı 2-3 saat soyuducuda saxlayın. Sobanın qril üçün olan tellərini yağlamaq üçün quyruq yağı yoxdursa kərə yağı ilə də yağlaya bilərsiniz. Sobanı 200 dərəcədə isitdikdən sonra lülə kababdan bir az yastı formada əti şişlərə yayın. 20-25 dəqiqə bişirdikdən sonra Adana kababınız hazırdır.

Adana kababınının yanında düyü və tərəvəz kababı verilir. Kababın altına lavaş da qoya bilərsiniz.

Nuş olsun!

Etiketlər: bibər, Adana, qaşığı, qiymə, altına, ətindən, quyruq, bilərsiniz, qarışdırın, kababınız, tomatı, əlavə, soğan, sonra, yağlaya, dərəcədə, yoxdursa, Sobanı, Sobanın, qarışığı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica