• Kartof kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 54 081

Tarix : 31-05-2014, 20:22

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12-13 ədəd orta ölçülü kartof
2 ədəd yumurta
3 x.q un
Duz
İstiot

Üstü üçün:
Əlavə un

Qızartmaq üçün:
Duru yağ

Hazırlanması:
Kartofun qabığını soyub yuduqdan sonra üstünə su töküb bişməyə qoyuruq. Az duz səpirik.
Kartof tam bişdikdən sonta sudan çıxarıb əzirik.
Üstünə duz, istiot, yumurta və un töküb yaxşı qarışdırırıq.
Tavada yağı töküb qızdırırıq.
Kartof əzməsindən əlimizə alıb kotlet formasında düzəldirik. Sonra onu unlayırıq.
Unlanmış kotletləri qızdırılmış yağıa qoyuruq.
Hər iki üzünü qızardırıq.
Bu şəkildə hamısını düzəldib bişiririk.

Nuş olsun!
Etiketlər: töküb, Kartof, yumurta, qoyuruq, Sonra, düzəldirik, formasında, əlimizə, qarışdırırıq, Tavada, qızdırırıq, kotlet, Unlanmış, hamısını, şəkildə, düzəldib, bişiririk, olsun, qızardırıq
BİZİ İZLƏYİN