• Kərə yağında krevetka resepti

Reseptin məlumatları Baxış sayı: 7 041

Tarix : 16-02-2018, 22:50

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
zolaqlı krevetka- 500 qram
sarımsaq – 1-2 diş
çili bibəri
kərə yağı - 100 qram
zeytun yağı – 5 xörək qaşığı
zövqə görə duz, ədviyyat, göyərti

Hazırlanması:
Zeytun və kərə yağını tavada əridin. Xırda doğranılmış çili bibərini, sarımsağı yağda 2-3 dəqiqə qovurun, daha sonra krevetka və göyərtini əlavə edin. Tavanı oddan götürdükdən sonra üzərinə limon şirəsi səpin. Tavanın qapağını 2-3 dəqiqə örtün. Krevetka həm isti xörək, həm də soyuq qəlyanaltı kimi süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: sonra, xörək, krevetka, dəqiqə, üzərinə, limon, götürdükdən, Tavanı, göyərtini, əlavə, şirəsi, oddan, qapağını, süfrəyə, vermək, olsun, qəlyanaltı, soyuq, Tavanın, örtün
BİZİ İZLƏYİN