• Krevetlərlə və pendirlə makaron resepti

Reseptin məlumatları Baxış sayı: 3 096

Tarix : 16-02-2018, 23:30

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
pasta -250 qr,
təmizlənmiş krevetlər - 700 qr,
"Çerri" pomidorları - 10 əd.,
"Bri" pendiri - 250 qr,
"Parmezan" pendiri - 100 qr,
zeytun - 100 qr,
sarımsaq - 2 diş,
şüyüd - 40 qr,
zeytun yağı,
duz, istiot.

Hazırlanması:
Sousu hazırlayaq.
Kublarla kəsilmiş "Bri" pendiri, üzüklərlə kəsilmiş zeytun, xırda kəsilmiş şüyüd, xırdalanmış sarımsaq, 4 hissəyə kəsilmiş tumlarlı və şirəsi çəkilmiş pomidorlar Şüşə piyalədə qatışdırılır. Zövqünəzə görə duzlayırıq və istiotlayırıq. Zeytun yağını əlavə edirik və qarışdırırıq. Qapaqla örtürük və 1 saatlıq soyuducuya goyuruq.

Təlimatı izləyərək pastanı bişiririk. Ayrı qazanda krevetləri bişiririk. Ətir üçün krevetlərin suyuna bir neçə diş sarımsağ əlavə etmək olar.

Ayrı piyaləyə pastanı çıxardırıq, onun üstünə - krevetləri qoyuruq. Mikrodalğalı sobada qızdırırıq. Sonra üstünə sousu əlavə edirik və sürtülmüş "Parmezanla" səpirik. Yemək hazırdır.

Nuş olsun!
Etiketlər: kəsilmiş, zeytun, pendiri, əlavə, krevetləri, bişiririk, pastanı, edirik, şüyüd, üstünə, sarımsaq, Yemək, qazanda, krevetlərin, hazırdır, səpirik, izləyərək, soyuducuya, saatlıq, olsun
BİZİ İZLƏYİN