• Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 245

Tarix : 30-09-2014, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
750 q boranı
4 baş soğan
200 q badam
60 q ərinmiş yağ
duz
sarıkök
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Hazırlanması:
Badamın üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Aşsüzənə yığıb qabığını təmizləyin.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Toyuğu doğrayın, soğanı yarımhalqa doğrayın. Boranını orta ölçülü kublara doğrayın.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Bunların hamısını ayrılıqda ərinmiş yağda qovurun. Soğanı əvvəlcə ağzıbağlı tavada qovurun, sonra isə qapağını açaraq qızardın.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Toyuğu ağzıbağlı tavada bişirin. Duz vurun, qıpqırmızı qızaranda ocaqdan götürün.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Boranını ağzıbağlı tavada bişirin. Duz vurun, sonra ağzıaçıq tavada bir qədər qızardın. Soğan və badamı əlavə edin.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Toyuğu əlavə edin, bıçağın ucunda sarıkök vurun, 20 ml qaynanmış su tökün, tavanın qapağını bağlayıb zəif odda 30 dəqiqə bişirin. 30 dəqiqə ərzində bütün suyu quruyub, ancaq yağı qalacaq.
Boranılı toyuqlu qarnir resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: tavada, dəqiqə, Toyuğu, doğrayın, bişirin, vurun, ağzıbağlı, sarıkök, sonra, qapağını, Boranını, qızardın, əlavə, ərinmiş, qovurun, ağzıaçıq, qızaranda, qədər, qıpqırmızı, ocaqdan
BİZİ İZLƏYİN