• Ananaslı toyuq kotletləri resepti

Reseptin məlumatları Baxış sayı: 15 212

Tarix : 1-10-2014, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq toyuq filesi
1 banka ananas konservi (halqa)
200 q bərk pendir
2 yumurta
qara istiot
duz

Hazırlanması:
Fileni yuyun, nazik yastı tikələrə doğrayın, bir qədər döyün, duz, istiot vurun.

Yumurtaları çalın.

Döyülmüş tikələri yumurtaya batırın, bitki yağında hər iki üzünü qızardın. İkinci üzünü qızardanda tavanın qapağını örtün.

Kotletləri siniyə düzün, hər birinin üzərinə bir ananas halqası (yaxud ölçüsü kiçikdirsə, yarısını) qoyun. Üzərinə sürtgəcin iri gözündən keçirilmiş pendir səpin.

220 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin.

Nuş olsun!
Etiketlər: pendir, istiot, ananas, üzünü, halqası, üzərinə, yaxud, ölçüsü, kiçikdirsə, birinin, düzün, qapağını, tavanın, örtün, Kotletləri, siniyə, yarısını, qoyun, sobada, qızdırılmış
BİZİ İZLƏYİN