• Basdırmalı-pendirli göbələk dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 525

Tarix : 1-10-2014, 13:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
500 q göbələk
100 q holland pendiri
50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 dəstə cəfəri
2 x.q. kərə yağı
duz
istiot

Hazırlanması:
Göbələklərin ayaqlarını çıxarın. Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin. Pendiri və basdırmanı kubik şəklində doğrayın. Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.

Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!
Etiketlər: göbələklərin, istiot, əlavə, qarışdırın, qarışığı, doğrayıb, Cəfərini, basdırmanı, Pendiri, kubik, şəklində, doğrayın, içinə, doldurun, qızdırılmış, sobada, bişirin, olsun, dərəcə, Əvvəlcədən
BİZİ İZLƏYİN