• Ədviyyatlı, toyuqlu plov resepti

Reseptin məlumatları Baxış sayı: 4 890

Tarix : 31-01-2019, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 stəkan düyü,
2/1 toyuq,
1 ədəd soğan,
1 ədəd pomidor,
3 diş sarımsaq,
Ədviyyatlar(duz, istiot, zəncəfil, darçın, şam fıstığı, badam, quru üzüm)

Hazırlanması:
Soğanı təmiz soyun .
Soyduğunuz soğanları yuyub yeməklik d doğrayın.
Pomidoru yuduqdan sonra qabığını soyun və doğrayın.
Sarımsaqların qabığını soyun onu da doğrayın.
Hazırladığınız bu ərzaqları yağda qovurun.
Toyuğu təmiz-təmiz yuyun.
Təmizlədiyiniz toyuqları doğrayın.
Doğradığınız toyuqları və ədviyyatları da qovurduğunuz ərzaqların üzərinə əlavə edib daha 5 dəqiqəyə yaxın vam odda bişirin.
Sonra üzərinə isti su əlavə edin.
Toyuqlar bişən dək qazandan çıxardıb fırına verin və qızarana qədər bişirin.
Toyuqlar tamamən qızardıqdan sonra fırından çıxardın.
Bu arada da isti suda saxladığınız düyünü plov qazanına qoyub üzərinə toyuqları çıxartdığınız suyu əlavə edin.
Plovunuz da bişdikdən sonra onu geniş birb qaba yığın və üzərinə qızaran toyuqları yerləşdirin.
Sonra isə üzərinə şam fıstığı, badam və quru üzüm səpib isti-isti servis edin.

Nuş olsun!
Etiketlər: üzərinə, toyuqları, doğrayın, təmiz, soyun, sonra, əlavə, Sonra, bişirin, qabığını, badam, fıstığı, Toyuqlar, qədər, tamamən, qızardıqdan, çıxardıb, qazandan, bişən, fırından
BİZİ İZLƏYİN