• Kaççiatore resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 899

Tarix : 2-10-2014, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuq
250 q şampinyon
2 bolqar bibəri
1 soğan
4 pomidor
1 yerkökü
qızartmaq üçün bitki yağı
göyərti (zövqə görə)
reyhan
duz
istiot
70 ml su
1 çimdik "Provans otları" qarışığı
4 diş sarımsaq

Hazırlanması:
Toyuğu doğrayın. Duz, istiot vurun.
Kaççiatore resepti - FOTO RESEPT


Qazana yağ töküb qızdırın. İçində toyuğu qızardın.
Kaççiatore resepti - FOTO RESEPT


Tərəvəzləri doğrayın.
Kaççiatore resepti - FOTO RESEPT


Toyuğu qızartdığınız yağa doğranmış göbələklə soğanı salıb qızardın.
Kaççiatore resepti - FOTO RESEPT


Sonra saman kimi doğranmış yerkökünü əlavə edib qızılı rəng alanadək hamısını qovurun.
Kaççiatore resepti - FOTO RESEPT


Xırda pomidorları əlavə edin, duz-istiot vurun, su əlavə edin. Qaynara düşəndə qızartdığınız toyuğu əlavə edin. Üstünə lay-lay doğranmış sarımsaq, saman kimi doğranmış bibər əlavə edin, qazanın qapağını örtüb vam odda 25 dəqiqə bişirin (əgər həyət toyuğudursa, o zaman 35-40 dəqiqə bişirin).
Kaççiatore resepti - FOTO RESEPT


Duzunu yoxlayın, lazım gələrsə, yenə duz vurun, 1 çimdik "Provans otları" səpib daha 10 dəqiqə bişirin.

Ocaqdan götürün, üstünə doğranmış reyhan və zövqünüzə görə başqa göyərti səpin.
Kaççiatore resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, bişirin, dəqiqə, vurun, istiot, doğrayın, otları, sarımsaq, qızardın, saman, qızartdığınız, Provans, toyuğu, Toyuğu, göyərti, çimdik, reyhan, qazanın, qapağını
BİZİ İZLƏYİN