• Düyülü və ispanaqlı toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 4 085

Tarix : 1-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar / Aş - Plov

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
4 ədəd toyuq döşü,
3 stəkan doğranmış ispanaq,
2 şorba qaşığı düyü,
1 ədəd qırmızı bibər,
1 ədəd pomidor,
1 ədəd quru soğan,
4 şorba qaşığı zeytun yağı,
duz,
istiot,
2 şorba qaşığı kərə yağı,

Hazırlanması:
Zeytun yağında quru soğanı və doğranmış bibərləri qovurun.

Küp-küp doğranmış pomidoeları əlavə edərək birlikdə qovurun.

Ispanaq, ədviyyatlar və düyünü əlavə edərək düyü bişənə qədər bişirin.

Düyülü və ispanaqlı toyuq dolmasının hazırlanma qaydası:
Toyuq döşünü çox incə döyün və nazildin.

Üzərinə duz və istiot səpib kərə yağı da sürtün.

Hazırladığınız içi t toyuqların içinə qoyaraq dolma kimi bükün.

Arzu edərsiniz açılmaması üçün kürdanla tutun.

İspanağın suyunu da toyuqların üzərinə gəzdirin.

Yağlanmış fırın sinisinə yerləşdirərək 175 dərəcəyə qədər qızdırılmış fırında içi və çölü qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: şorba, qədər, doğranmış, qaşığı, qovurun, istiot, bişirin, toyuq, əlavə, toyuqların, edərək, açılmaması, bükün, edərsiniz, qoyaraq, sürtün, səpib, Hazırladığınız, içinə, kürdanla
BİZİ İZLƏYİN