• Ördək dolması resepti

Reseptin məlumatları Baxış sayı: 3 167

Tarix : 4-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
4 ədəd yaşılbaş ördək,
3 su stəkanı düyü,
5ədət orta boy soğan,
4 yemək qaşığı bibər tomatı,
maye yağ,
istiot,
soda,
kəkliktu,
duz

Hazırlanması:
Ördəklərin üzərinə isti su tökün.
Bir az gözləyin.
Qaynar su töküldükdən sonra tüklər rahatlıqla çıxır.
Bundan sonra ocaqda ördəyin qalan tüklərini yandırın.
Bunu da təmizlədikdən sonra ördəyin qarnı açılır və təmizlənir.
Sonra ördəyin cigərini təmizləyin.
Təmizlədiyiniz ördəyi təmiz-təmiz yuyub suyunu axıtmaq üçün bir yerdən asın.
Ördəyin suyu çəkildikdən sonra istiot, kəklikotu, duz qataraq ördəyin içinə və çölünə sürtərək ovxalayın. Bu proses bişirməzdən 12 saat əvvəl yerinə yetirilsə daha yaxşı olar.

Dolmanın hazırlanması:
İç plovu hazırlamaq üçün soğanları kiçik-kiçik doğrayın.
Doğradığınız soğanları yağda qovurun.
İstərsəniz cigərləri də kiçik-kiçik döğrayıb soğanın içində qovurun.
Bibər tomatı və düyünü əlavə edin.
Düyülər də qovruiduqdan sonra istiotu, duzu və 1 stəkan isti suyu əlavə edin.
Düyüdən diri bir plov bişirin.
Ördəyin içini plov ilə doldurun və qarnını tikin.
Böyük bir qazanda dolan ördəkləri yağda qızardın.
Bir az bibər tomatı əlavə edin.
Ördəkləri tomatlı yağ ilə o üz bu üz qızardın.
Ördəkləri qazana alın.
Yarısına qədər isti su doldurun.
Bir az duz atın.
Qaynayan ördəyi daha 30 dəqiqə qədər bişirin.
Bişən ördəkləri servis tabağına alın.
İstərsəniz plovun üzərinə ətləri alaraq servis edin.

Nuş olsun!
Etiketlər: sonra, kiçik, ördəyin, tomatı, əlavə, soğanları, ördəkləri, qızardın, Ördəkləri, bişirin, ördəyi, Ördəyin, qovurun, yağda, təmiz, İstərsəniz, doldurun, üzərinə, servis, qədər
BİZİ İZLƏYİN