• Çörək dolması (Fodula) resepti

Reseptin məlumatları Baxış sayı: 3 692

Tarix : 7-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
250 q qiymə,
1 soğan,
1 ədəd fırında bişmiş yumru çörək,
1 ovuc qoz, istiot,
Cəfəri,
Kərə yağı,
Tomat,
Ət suyu,

Hazırlanması:
Fırında bişən çörəyi isti -isti istifadə etmək olmaz.
Gözləmək lazımdır ki , çörək boyatlaşsın.
Təzə çörəklə bişirmək istəsəniz çörək xəmir olar.
Çörəyin yumşaq hissəsini tamamən çıxardın .
Balaca bir saxsıya bənzər qab alınacaqdır.
Ocağın üzərinə qoyduğunuz tavada yağı qızdıraraq içərisinə doğranmış soğanı və qiyməni əlavə edərək qovurun.
Qovurduğunuz bu qarışığın içərisinə çörəyin içini əlavə edib bir az da qovurmağa davam edin.
Əvvəlcədən qozu da iri-iri doğrayın.
Doğradığınız qozu, cəfərini, istiotu, duzu da qiyməyə əlavə edin.
Əldə etdiyiniz bu qarışığı boş olan çörək qabın içərisinə doldurun.
Geniş bir qabın içinə ət suyu qoyub hazırladığınız çörəyi suyun içinə qoyun.
Ət suyunun yüksəkliyi çörəkdən 2-3 barmaq qədər keçməlidir.
Ocaqda qaynayan ət suyundan ara sıra qaşıqla alaraq çörəyin üzərinə gəzdirin.
Ancaq çörəyi vam odda bişirmək lazımdır.
Bişən çörəyin üzərinə isti tomat sosu gəzdirin.
Bir müddət dəmə qoyduqdan sonra dilimləyərək servisə hazır hala gətirin.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: çörək, içərisinə, çörəyi, çörəyin, üzərinə, əlavə, gəzdirin, içinə, bişirmək, lazımdır, qabın, doğrayın, qoyub, hazırladığınız, suyun, suyunun, qoyun, Doğradığınız, cəfərini, doldurun
BİZİ İZLƏYİN