• Fırında toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 4 832

Tarix : 9-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
5 ədəd toyuq döşü,
1 ədəd kartof,
1 ədəd kök,
3 qaşıq konserva noxud,
3 ədəd göbələk,
1 kasa holland pendiri rəndəsi,
kərə yağı,
ədviyyatlar,

Hazırlanması:
Kartofları soyn.
Soyduğunuz kartofları küp-küp doğrayın.
Göbələkləri də incə-incə doğrayın.
Kərə yağını qazanda əridin.
Yağı əıridərkən diqqətli olun, çünki kərə yağı tez yanır.
Kərə yağının tez yanmaması üçün içərisinə bir damcı maye yağ axıdın.
Doğradığınız kartof və kökü , noxudu, göbələyi kərə yağında qovurun.
Qovurduqdan sonra istədiyiniz ədviyyatı və duzunu əlavə edin.
Fırın sinisini və yaxud da istiyə davamlı qabı yağlayın.
Yağladıqdan sonra döyülmüş toyuq döşünü düzün.
Hazırladığınız tərəvəzli qarışığı üzərinə yayın.
Qarışımın üzərinə holland pendiri rəndələyin.
Sonra qabın üzərini alminium folya ilə örtün.
Sininin içinə yarım stəkan ilıq su əlavə edin.
30 dəqiqə fırında bişirin.
Fırından çıxartmazdan 5 dəqiqə əvvəl holland pendiri səpərək əriməsini gözləyin.
Sonra isə plovla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: holland, pendiri, dəqiqə, sonra, doğrayın, üzərinə, əlavə, Sonra, toyuq, kartof, qabın, yayın, Qarışımın, üzərini, rəndələyin, tərəvəzli, döyülmüş, Yağladıqdan, döşünü, düzün
BİZİ İZLƏYİN