• Güvəcdə küftə resepti

Reseptin məlumatları Baxış sayı: 3 317

Tarix : 22-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kq küftəlik qiymə,
1 ədət yumurta,
1dənə quru soğan,
3 diş sarımsaq,
4 qaşıq suxarı unu ,ya da çörək içi,
İstiot
, duz,
Cirə,

Küftələri qızartmaq üçün:
Duru yağ

Pomidor sosu üçün:
5 ədət orta böyüklükdə pomidor,
1,5 şorba qaşığı tomat,
3 şorba qaşığı sıvı yağı
Yarım çay qaşığı toz şəkər,
İstiot ,duz

Üzəri üçün:
Yetərincə holland pendiri rəndəsi,

Hazırlanması:
Dərin bir qabın içinə quru soğan və sarımsaqları rəndələyin.
Üzərinə qiymə, çörək içi yumurta və qalan ərzaqları əlavə edərək yarım saat yoğurun.
1 saata yaxın soyuducuda saxlayın.
Soyuducuda saxladığımız ərzaqlardan yumurta iriliyində parçalar ayıraraq ovuç içində istəyə görə şəkil verin.
Bütün küftələr hazırlandıkdan sonra teflon tavaya bir az duru yağ qoyaraq ocağa alın və hazırladığınız küftələri qızartdın.
Qızartdığınız küftələri güvəcə düzün.
Pomidor sosunu hazırlamaq üçün ufaq bir qazana bir az sıvı yağəlavə edin.
Üzərinə rəndələdiyiniz pomidorları və 1,5 qaşıq tomatı əlavə edərək 5 dəqiqə qədər qovurun.
Qovrulan pomidorların üzərinə toz şəkər, duz və istiotu əlavə edərək 10dəqiqə qədər bişirin. Hazırladığınız pomidor sosunu güvəcə düzddüyünüz küftələrin üzərinə tökün.
Lap sonda küftələrin üzərinə holland pendiri rəndəsi əlavə edərək 200 dərəcə qızdırılmış fırında pendirlər əriyənə qədər bişirin.
Güvəcdə bişirdiyimiz küftələr artıq servisə hazırdır.
Düyü plovu ilə birlikdə isti olaraq servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: edərək, əlavə, qədər, qaşığı, üzərinə, yumurta, şorba, pomidor, şəkər, küftələrin, rəndəsi, pendiri, holland, Yarım, Üzərinə, Pomidor, küftələri, güvəcə, qaşıq, bişirin
BİZİ İZLƏYİN