• Quzu iç yağında oğlaq kababı resepti

Reseptin məlumatları Baxış sayı: 5 139

Tarix : 9-04-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Yaşlı olmayan oğlaq,
Kərə yağı və duru yağ,
Kəklikotu,
iri dişli duz,
Kuzu iç yağı,
Yağlı kağız,
İsti su

Hazırlanması:
Oğlaq ətini yaxşıca təmizləyin .
Təmizlədiyiniz oğlağı ya bütöv halda yaxud da qol, bud, gövdə olaraq böyük parçalara ayırın.
Yetərin qədər kərə yağını otaq temperaturunda yumşaldaraq içərisinə 1 fincan qədər maye yağ əlavə edin.
Yağ qarışığına kəklikotunu da əlavə edib qarışdırın.
Digər tərəfdə isə quzunun iç yağını isti suda yumşaldaraq açın.
Oğlağın hissələrini bükə biləcəyiniz ölçülərdə doğrayın.
Oğlaq ətini kəklikotu qatılmış yağla gözəlcə yağlayın.
İri dişli duzu da bu yağla yağlanmış ətin üzərinə gəzdirin.
Ət parçalarını (bütün oğlaq) böyük parçalara böldüyünüz quzu yağı ilə sarıyın.
Bişirəcəyiniz hissələri dərin bir siniyə yerləşdirin.
Bir su stəkanı nisbətində isti suyu sininin kənarlarına əlavə edin.
Siniyi bir yağlı kağız ilə kənarlarından möhkəm qapadın.
Yağlı kağızın bir neçə yerindən bıçaqla hava yeri açın.
Fırında yaxud da müasir mətbəx fırınlarında orta yüksək istidə 2 sata yaxın bişirin.
Bu sürənin sonunda yağlı kağızı açın və əti nəzərdən keçirdin.
Üzərinin qızarması üçün fırını orta istiliyə ayarlayaraq bişirməyə davam edin.
Ətin qurumaması üçün üzərinə ara-ara kərə yağı, yaxud da ətin siniyə saldığı yağlı bişmə suyundan gəzdirərək nar kimi oluncaya qədər bişirin.
Hazır oğlağı bir az soyuyana qədər gözləyin və sonra ilıq halda servis edin.

Nuş olsun!
Etiketlər: qədər, yağlı, əlavə, yaxud, parçalara, halda, yumşaldaraq, bişirin, yağla, üzərinə, oğlağı, yağını, böyük, Oğlaq, kağız, Yağlı, dişli, ətini, oğlaq, siniyə
BİZİ İZLƏYİN