• Qovurma resepti

Reseptin məlumatları Baxış sayı: 13 398

Tarix : 9-05-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq qoyun əti ,
200 q quyruq yağı,
200 q kərə yağı,
1 stəkan su,
duz

Hazırlanması:
Ətləri çox da iri olmadan doğrayın.
Ətləri təmiz-təmiz yuyub aşsüzəndən suyunu süzün.
Quyruq yağının da bir hissəsini əti bişirəcəyiniz qazana doğrayın.
Hazırladığınız ətləri qazana yığıb ocağa alın.
Qazana bir stəkan su əlavə edin və yüksək atəşdə bişməyə qoyun.
Qaynamağa başlayan ətin üzərinə yığılan köpükləri bir kənara alın.
Köpükləri təmizlənən ət suyu tərtəmiz, duru olmalıdır.
Qaynayan əti aradabir diqqətlicə qarışdırın ki, ətlər əzilməsin.
Ətin suyu tamamən çəkildikdən sonra əti bir kənara alın.
Quyruq yağının qalan hissəsini də bir başqa qazana alıb ocaqda əridin .
Əriyən quyruq yağının içərisinə kərə yağını da əlavə edin.
Bişən ətləri quyruq yağının içinə alıb qovurun.
Ancaq “Qovurma”nı yüksək atəşdə bişirmək lazımdır.
Hazır olana yaxın duzunu əlavə edin.
Ətlər tamamən qızardıqdan və suyu çəkildikdən sonra hazır hesab olunar.
Qovurmanı həm isti , həm də soyuq halda yemək olar.
Qışa saxlanacaq qovurmanın üzərinə öz yağından və təbii yağdan əlavə edərək emallı qazanda saxlamaq lazımdır.
Yağı elə tökmək lazımdır ki, qovurmanın üzəri bütövlükdə örtülsün və hava keçməsin.
Belə saxlanan qovurma uzun zaman istifadə olunar və xarab olmaz.

Nuş olsun!
Etiketlər: yağının, əlavə, qazana, lazımdır, quyruq, atəşdə, ətləri, yüksək, kənara, olunar, qoyun, sonra, çəkildikdən, tamamən, qovurmanın, üzərinə, Quyruq, təmiz, doğrayın, Ətləri
BİZİ İZLƏYİN