• Yarpaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 8 738

Tarix : 27-06-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram qoyun əti,
30 qram düyü,
20 qram baş soğan,
Keşniş,
Şüyüd,
Nanə,
40 qram üzüm yarqağı,
20 qram qatıq,
10 qram ərinmiş şağ,
duz,
istiot,
darçın,
Noxud ləpəsi (istəyə görə bəzi hallarda)

Hazırlanması:
Yarpaq dolması hazarlımaq üçün əvvəlcə qoyun ətindən qiymə hazırlanır.
Qoyun əti ətçəkən maşından keçirilərkən, onunla birlikdə baş soğan da maşından keçirilir.
Soğanlı qiymə əldə edilmiş olur.
Soğanlı qiymə hazırlandıqdan sonra bunlara göyərtilər: keşniş, süyüd, nanə vurulur.
Daha sonra keşniş, şüyüd, nanə vurulan soğanlı qiyməyə istiot və duz da əlavə edilir və qiymə qarışdırılır.
Dolmanın içi hazır olduqdan sonra təzə və ya duza konservləşdirilmiş üzüm yarpaqları suda pörtlədilir və dolma bişirməyə hazır hala gətirilir.
Pörtlədilmiş üzüm yarpaqları səliqə ilə açılır.
Qiymə yaxşıca qarışdırılır və hər yarpağa təqribən 25 qram olacaq şəkildə (dolmanın ölçüsü və yarpağın ölçüsünə görə bu miqdar dəyişir) qoyulur.
Yarpaq Dolmaları bükülür.
Bükülən dolmalar səliqə ilə qazana düzülür.
Bəzi hallarda yarpaq dolması sapa muncuq şəklində düzülür və bu halda qazana düzülür.
Dolmalar qazana düzüldükdən sonra üzərinə biraz su əlavə edilir və vam odda bişirilməyə başlayır.
Dolma bişərkən üzərinə tərsinə çevrilmiş bir qab qoyulur və qapağı örtülür.
Dolmanın bişmə müddəti təqribən bir saatdır.
Dolma süfrəyə verilərkən yanında ayrıca qatıq verilir.
Bu zaman sarımsaqlı qatıqdan da istifadə etmək mümkündür.

Nuş olsun!
Etiketlər: qiymə, sonra, qazana, düzülür, hazır, Soğanlı, yarpaqları, Dolma, maşından, Dolmanın, əlavə, üzərinə, keşniş, edilir, qarışdırılır, soğan, qoyun, hallarda, qatıq, istioti
BİZİ İZLƏYİN