• Basma (Özbək mətbəxi) resepti

Reseptin məlumatları Baxış sayı: 6 720

Tarix : 18-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1.5 kq qoyun əti,
1 kq quru soğan,
3 ədəd kök,
1 kq kiçik kartof,
1 – 2 baş sarımsaq,
Kələm ( bir neçə yarpaq 800q qədər),
2 – 3 ədəd qırmızı bibər,
4 -5 pomidor,
1 ədət yaşıl alma (istəyə bağlı),
1- 2 ədət yaşıl bibər,
500 qr quyruq yağı ( duru yağ və ya marqarin də ola bilər),
Ədviyyatlar, ( reyhan, duz , istiot),
Cəfəri( istəyə bağlı),

Hazırlanması:
Bu yemək üçün olan ərzaqlar bir az çox görünə bilər.
Amma bu ərzaqların çoxluğu sizi qorxutmasın.
Ancaq bu yeməyi hazırlamaq çox rahatdır.
Basma yeməyi çox ləzzətli bir yeməkdir.
Tərəvəzlər hər evdə tapılan ərzalardır.
Altı qalın olan bir qazandan istifadə edə bilərsiniz.
Güvəcdən də istifadə edə bilərsiniz.
Qazanın altından quyruq yağını düzərsiniz.
Sonra quyruğun üzərinə ətləri düzərək bir az duz səpmək lazımdır.
Daha sonra sırasıyla pomidorları, kökü və bibərləri əlavə edin.
Sarımsaqları qazanın ortasına qabıqlı bir şəkildə yerləşdirin.
Daha sonra qalan tərəvəzləri yerləşdirin.
Kələm və kartofu yerləşdirdiyiniz kimi.
Tərəvəzləri , ədviyyatları yerləşdirdikdən sonra üzərinə bir tabaq qapadın.
Qazanın ağzını möhkəm bağlayın.
Əvvəlcə yüksək atəşdə bişirin.
Qaynamağa başladıqdan sonra vam atəşdə bişirin. 1 saat, 1 saat 10 dəqiqəyə yaxın bişirin.
Tərəvəzlər öz suyunda bişəcək.
Bişdikdən sonra dərin bir yemək tabağına əvvəlcə kələmi yığın.
Daha sonra ət və tərəvəzləri əlavə edin.
Tam ortasına sarımsaq və bibər yığın.
Bu yeməyin iyi və görüntüsü iştah açar.

Nuş olsun!
Etiketlər: sonra, bibər, bişirin, tərəvəzləri, yerləşdirin, Tərəvəzlər, üzərinə, istifadə, yemək, bilərsiniz, atəşdə, quyruq, Qazanın, yeməyi, bilər, bağlı, yığın, Kələm, sarımsaq, əlavə
BİZİ İZLƏYİN