• Ratatuy (sobada ətsiz tərəvəz) resepti

Reseptin məlumatları Baxış sayı: 3 643

Tarix : 3-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd badımcan,
2 ədəd kabak,
3 ədəd pomidor,
3 və ya 4 ədəd kartof,
Bir az zeytun yağı,
Duz

Sosu üçün:
Yarım çay stəkanı duru yağ,
1 ədəd böyük quru soğan,
2 diş sarımsaq,
1 şorba qaşığı kərə yağı,
4 ədəd pomidor,
1 çay qaşığı pul bibər,
Yarım çay qaşığı istiot,
Yarım çay qaşığı kəklikotu,
Duz

Hazırlanması:
Badımıcanları qabıqlarını soymadan dilimləyin və duzlu suda gözlədin.
Bu arada sosunu hazırlamağa başlayın.
Sosu üçün duru yağı böyük bir tavaya alın.
Üzərinə kiçik -kiçik doğranmış soğanı və sarımsağı əlavə edib qovurun.
Pomidorları küp- küp kəsin ( istəyən qabığını soya bilər ).
Soğanlar saralmağa başlayınca pomidoru əlavə edin.
Sonra üzərinə duzunu və ədviyyatlarını əlavə edib yaxşıca qarışdırın və istiyə davamlı şüşə qaba boşaldın.
Kartofları soyun, kabak və pomidorla bərabər dilimləyib badımcanlarla bərabər üzərinə duz və bir az zeytin yağı əlavə edib qarışdırın .
Sırasıyla üst- üstə gələcək şəkildə pomidor sosunun üzərinə düzün.
Üzərini incə fırın kağızı,sonra alminium folyo ilə qapadın.
200 dərəcə qızdırılmış fırında 30 dəqiqə qədər bişirin.
Üzərindəki folyonu və fırın kağızını çıxardın.
Tərəvəzlərin üzəri qızarana qədər bişirin .
Fırından çıxardıb üzərinə rəndələnmiş holland pendirini səpin və fırında bir az daha bişirib servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, üzərinə, Yarım, pomidor, qədər, bişirin, kiçik, qarışdırın, fırın, bərabər, fırında, kabak, böyük, sosunun, şəkildə, düzün, səpin, sonra, kağızı
BİZİ İZLƏYİN