• Toyuqlu plov resepti

Reseptin məlumatları Baxış sayı: 13 874

Tarix : 6-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Plov üçün:
2 su stəkanı düyü,
1 ədəd soğan,
2 çay stəkanı duru yağ,
2 ədəd pomidor,
1 ədəd kök,
1 ədəd qırmızı şirin bibər,
8 diş sarımsaq,
1çimdik zəfəran,
1 ədəd zəncəfil,
3 ədəd uzunsov bibər,
4,5 su stəkanı su,
1 ədəd çubuq darçın,
1/2 çay qaşığı istiot,
4 ədəd mixək,
1/2 çay q aşığı cirə,
1 dadlı qaşığı duz,

Toyuğu üçün:
1 bütöv toyuq,
2 yemək qaşığı pomidor tomatı,
1/2 su stəkanı maye yağ,
1 limonun suyu
2 çay qaşığı duz,
2 ədəd mixək,
8 diş sarımsaq,
2 stəkan su,

Hazırlanması:
Toyuq üçün:
Əvvəlcə toyuğu bir fırın qabına alaraq hər yerini duzla ovxalayın.
Yarım limonun suyunu da üstünə sıxıb yenidən bir az daha ovxalayın və bir kənarda dincəlməyə qoyun.
Dərin bir qabın içərisinə pomidor tomatını və 2 stəkan suyu qarışdırın.
Qalan yarım limonun suyunu da içərisinə sıxıb duru yağ da əlavə edin.
8 diş sarımsağı içinə rəndələyin.
Mixək dənələrini də əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız bu sosu da toyuğun üzərinə əlavə edin.
Kənarda saxladığınız toyuğu alın və sosu üzərində gəzdirin.
Üzərini aliminium folqa ilə qapadıb bir neçə yerdən hava yeri açaraq əvvəlcədən 200 dərəcə qızdırdığınız fırına verin.
Üstü falqa ilə bağlı olaraq 1 saat bişirin lap sonda isə üzərini açın və toyuğu yenidən fırına verərək üzəri qızarana qədər 20 dəqiqəyə yaxın bişirin.
Toyuğun üzərinin yaxşı qızarması üçün fırın qabının içərisindəki sudan toyuğun üzərinə gəzdirin.

Plov üçün:
Zəfəranı bir kasanın içərisində bir az suda isladın.
Duru yağı bir plov qazanına alın və içərisinə incə-incə doğranmış soğanları əlavə edin.
Qızarana qədər qovurun.
Qırmızı bibər və uzunsov bibərləri incə-incə doğrayın, kökü, sarımsaqları rəndələyin, pomidorları küp-küp doğrayın və bunlar qızarana qədər qovurun.
Bütün ədviyyatları və suda açdığınız zəfəranı da əlavə edin.
Bir az yenidən qovurun.
Yuduğunuz düyüləri və tomatı da əlavə edib yaxşıca qarışdırın. 4 stəkan yarım qaynar suyu da əlavə edin və vam odda bişməyə qoyun.
10 dəqiqəyə yaxın bişdikdən sonra bişməsini yoxlayın.
Bişən və dəmlənən plovunuzu geniş bir servis tabağına yığın və üzərinə toyuğu yerləşdirin .
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, toyuğu, stəkanı, stəkan, limonun, içərisinə, qarışdırın, qədər, üzərinə, qovurun, yenidən, bibər, pomidor, rəndələyin, sarımsaq, fırın, servis, toyuğun, ovxalayın
BİZİ İZLƏYİN