• Lülə kabab resepti

Reseptin məlumatları Baxış sayı: 12 913

Tarix : 11-07-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər pay üçün:
300 q qoyun əti,
20 q quyruq yağı,
40 q göy soğan,
15 q reyhan və cəfəri,
45 q un,
5 q duz.

Hazırlanması:
Kababı hazırlamaq üçün qoyun cəmdəyinin kürək yaxud bud ətinin sümüyü çıxardılır.
Bunlar sonra soğanla birlikdə ətçəkən maşından keçirilib qiymə hazırlanır.
Bu zaman kababın ləzzətli və şirəli olması üçün ətçəkən maşın yerinə əti doğrama baltaları vasitəsi ilə qiymə halına gətirmək, daha mükəmməl nəticə əldə etməyə gətirib çıxardır.
Bu qiymənin necə hazırlandığı videoda ətraflı göstərilir.
Hazırladığımız qiyməyə duz və istiot vurulub yapışqan qiymə kütləsi əmələ gələnə qədər yaxşıca qarışdırılır. Hazırlanıb yoğrulan qiymə bundan sonra 20 dəqiqə soyuq yerdə (soyuducuda) saxlanılıb dincəldilir. Burada qiymə, ədviyyat, duz və soğan qarışığı ilə özünü tutur.
Bu daha da ləzzətli kabab hazırlamaq üçün vacib amillərdən biridir.
Dincəlib bişməyə hazır hala gələn qiyməni yastı usunsov şəkildə 1,4 sm enində 45 qramlıq hissəciklər halında hər pay üçün 3-dən 6 ədədə qədər olmaqla şişlərə taxılır.
Bunun üçün enli şişlərdən istifadə edilməsi məqsədəuyğundur.
Şişlərə taxılmış qiymə artıq bişməyə hazırdır.
Lülə kabab manqalda odsuz kömür (köz) üzərində bişirilir.
Lülə kabab tam bişməsi üçün arada şişləri çevirmək lazımdır.
Bu zaman həm kabab yanmaz, həm də hər tərəfdən bərabər miqdarda bişər və iç hissəsi qırmızı rəngdə çiy olaraq qalmaz.
Kababın yanında mütləq lavaş verilir.
Kabab yuxaya sarılır və üzərnə doğranmış soğan əlavə edilir.

Lavaş hazırlama qaydası:
Lavaş hazırlamaq üçün un ələnir, içərisinə su və duz qatılıb bərk xəmir yoğrulur.
Sonra bu xəmir kündələrə ayrılır.
Dərin boşqab ölçüsündə 1 mm qalınlıqda yayılır.
Yayılan bu yuxanın hər iki üzü yağsız tavada bişirilir.
Lülə kabab süfrəyə verilən zaman lavaşın içərisinə bükülür və bunun yanına halqavarı doğranış soğan, sumaq yaxud hər pay üçün 100 q şişdə qızardılmış pomidor qoyulur.

Nuş olsun!
Etiketlər: qiymə, kabab, soğan, zaman, hazırlamaq, qədər, bişməyə, ətçəkən, Lavaş, bişirilir, sonra, içərisinə, xəmir, ləzzətli, qoyun, yaxud, hissəsi, qırmızı, rəngdə, istifadə
BİZİ İZLƏYİN