• Fırında pendirli gülkələmi resepti

Reseptin məlumatları Baxış sayı: 2 561

Tarix : 15-08-2019, 16:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 orta boy gülkələmi,
1 yumurta,
1 çay stəkanı süd,
3 yemək qaşığı zeytun yağı,
1 su stəkanı rəndələnmiş mozzarella pendri,
1ədəd soğan ,
3-4 diş sarımsaq,
1 çay qaşığı qırmızı toz bibər,
Duz,
İstiot.

Hazırlanması:
Gülkələmini kiçik hissələrə ayıraraq təmiz yuyun.
Gülkələminin kiçik hissələrə ayrılmış hissələrini 5-6 dəqiqə ocaqda bişirin və sonra fırın qabına , yaxud da istiyə davamlı qaba yerləşdirin.
Ayrı bir qabda yumurta, süd, zeytunyağı, duz və ədviyyatları eyni səviyyədə qarışana qədər çırpın.
Çırpdığınız yumurtalı qarışığı gülkələmlərinin üzərinə tökərək bir qaşıq yardımı ilə bərabər səviyyədə yayın.
Fırını əvvəlcədən 170 dərəcə qızdırın.
Hazırladığınız qarışımı fırına verin və 20 dəqiqəyə yaxın fırında bişirin.
20 dəqiqədən sonra qarışımın üzərinə mozarella pendiri rəndələyərək əlavə edin.
Pendir əlavə etdiyiniz gülkələmini daha 15 dəqiqə fırında bişirin.
Hazır olan yeməyi isti vəziyyətdə servis edin.

Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, hissələrə, sonra, üzərinə, əlavə, fırında, kiçik, səviyyədə, stəkanı, qaşığı, yumurta, qızdırın, dərəcə, Hazırladığınız, gülkələmlərinin, fırına, qarışımı, əvvəlcədən, Fırını
BİZİ İZLƏYİN