• Toyuq ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 325

Tarix : 17.08.2019, 16:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 ədəd balaca toyuq
200qr palçıq turşu
4 ədəd soğan
150qr qoz

Hazırlanması:
Əvvəlcə toyuqları təmizləyib, yaxşıca yuyuruq və bir kənara qoyuruq. Ləvəngini hazırlamağa başlayırıq. Soğanların qabığını təmizləyib, ət maşınından keçiririk. Cunanın içərisinə töküb suyunu sıxırıq. Qoz ləpələrini sürtgəcdən keçirib toz halına gətiririk. Bunları palçıq turşu ilə qarışdırıb zovqə görə duz və bibər əlavə edirik. Ləvəngimiz hazırdır.
Qaşıqla ləvəngini toyuqların içinə doldurub toyuğu iynə- sapla tikirik. Evinizdə kiçik yaşlı uşaqlar varsa işiniz bitər- bitməz iynəni gizlədin. Toyuqları sobada 240 dərəcədə 60 dəqiqə bişirin. Toyuq ləvəngisini plovla, kartof qizartması və digər qarnirlərlə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Etiketlər: turşu, palçıq, təmizləyib, yaşlı, kiçik, Evinizdə, uşaqlar, varsa, bitər, işiniz, tikirik, sapla, toyuqların, ləvəngini, hazırdır, içinə, doldurub, toyuğu, bitməz, Qaşıqla
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN