• Narqaralı plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 103

Tarix : 30-08-2019, 16:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ortaölçülü nar
3 ədəd soğan
2 x/q şəkər tozu
1 ç/q duz
ərinmiş kərə yağı
sarıkök

Plov üçün:
600qr uzun düyü
əridilmiş kərə yağı
iki çimdik zəfəran


Əvvəlcə narları dənələrə ayırırıq. Daha sonra soğanları soyub yarımhalqa doğrayırıq. sogasss Soğanı yağda qızardırıq. Soğan qızaranda narları da əlavə edirik. Üzərinə təxmini 3 x/q su, 2 x/q şəkər tozu, 1 ç/q duz əlavə edib aşağı odda bişiririk. Nar özü də su buraxacaq. Yağa düşənə yaxın tavanın qapağını açıb, birazca sarıkök də əlavə edirik. Artıq narqaramız hazırdır. Keçək plova.

Düyünü duz əlavə olunmuş ilıq suya tökürük və aşı hazırlayacağımız qazana sudoldurub qaynamağa qoyuruq. Su yaxşıca qaynayanda içinə duz və artiq yuyulmuş düyünü elavə edirik. Düyü tam bişməmiş ocaqdan götürüb süzürük. Bu dəfə hazır lavaşdan qazmaq edəcəyik. Lavaşı qazanın dibinə qoyub üzərinə süzülmüş düyünü, yarım stəkan qaynar suda dəmlədiyimiz zəfəranı və 150qr ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyuruq. 40dəqiqəyə plovumuz hazırdır.
Əziz oxucular, narqaralı plovu toyuq əti ilə də süfrəyə verə bilərsiz. Bunun üçün kənarda toyuğu qaynadıb, dəmə qoyulan düyünün altina qoymaq lazımdır. Şuşa bölgəsində isə bu povu narqara hazır olduqdan sonra üzərinə yumurta çırpıb bir neçə dəqiqə bişirib sonra süfrəyə verirlər. Mən isə narqaralı plovu sadəcə narqara ilə sevirəm. Təbii ki, zövqlər müxtəlifdir.
Narqaralı plov süfrəyə isti halda verilir.

Narqaralı plov resepti - FOTO RESEPT

Narqaralı plov resepti - FOTO RESEPT

Narqaralı plov resepti - FOTO RESEPT

Narqaralı plov resepti - FOTO RESEPT

Narqaralı plov resepti - FOTO RESEPT

Narqaralı plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, süfrəyə, edirik, hazırdır, qoyuruq, üzərinə, narqara, plovu, narqaralı, hazır, düyünü, ərinmiş, şəkər, sarıkök, narları, oxucular, plovumuz, 40dəqiqəyə, yağını
BİZİ İZLƏYİN