• Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 836

Tarix : 18-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q ət (mal, qoyun)
3 badımcan
150 q bərk pendir
400 q pomidor
1 yerkökü
1 soğan
4-5 x.q. bitki yağı

Ədviyyat:
1 ç.q. keşniş toxumu
1 ç.q. qurudulmuş bolqar bibəri
1 ç.q. reyhan qurusu
1 ç.q. cəfəri (doğranmış)
1 ç.q. rozmarin
1 ç.q. zəncəfil qurusu
0,5 ç.q. çili istiotu qurusu
2 diş sarımsaq
duz
qara istiot

Bəzək üçün:
1 pomidor
ispanaq

Hazırlanması:
Badımcanı yuyun, lay-lay doğrayın. Duzlayıb 30 dəqiqə saxlayın (acısı çıxmaq üçün).
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Sonra isə yağsız qızardın.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Qiyməni ədviyyatlarla qarışdırıb soyuducuya qoyun.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Soğanı təmizləyib xırda doğrayın.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Yerkökünü yuyub təmizləyin, sürtgəcin iri gözündən keçirin.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Tavada 2 x.q. bitki yağını qızdırıb soğanı qovurun.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Yerkökünü əlavə edib qarışdırın. 3 dəqiqə qovurun.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Tərəvəzlərə əti əlavə edin, rəngi dəyişənədək bişirin.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Pomidorların başında xaçvari kəsik edib üstünə qaynar su tökün, sonra qabığını soyun.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Sonra blenderdə xırdalayın.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Pomidoru ətlə tərəvəzlərə əlavə edin, mayesi quruyunca ağzı bağlı tavada bişirin. Ocaqdan götürün.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Pendiri kubik doğrayıb bir qədər soyumuş ətə əlavə edin.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Dördbucaqlı dərin formaya badımcan dilimlərini düzün.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Elə düzün ki, arada açıq qalmasın, yoxsa terrinin forması itər.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


İçi qoyub hamarlayın.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Badımcanın kənarlarını için üstünə qatlayın. 190 dərəcə qızdırılmış sobada 35-45 dəqiqə bişirin. Bişirən zaman arada üstünə 1-2 x.q. bitki yağı gəzdirin.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Pomidor və göyərti ilə bəzəyin.
Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT

Badımcanlı-ətli terrin resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, qurusu, üstünə, bişirin, bitki, dəqiqə, qovurun, pomidor, doğrayın, qoyun, düzün, badımcan, Yerkökünü, Sonra, arada, bağlı, quruyunca, Ocaqdan, kubik, Pendiri
BİZİ İZLƏYİN