• Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 125

Tarix : 6-03-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500-700 q qoyun əti
2 bolqar bibəri
0,5 limon
2 qırmızı soğan
bir neçə diş sarımsaq
bir ovuc yaşıl zeytun
5-6 təzə kartof
təzə rozmarin
dənəvər istiot (qarışıq da olar - ağ, qara, qırmızı)
zeytun yağı
duz

Hazırlanması:
Qoyunu orta boy tikələrə doğrayın.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


2 diş sarımsağı, 1 ç.q. duzu, bir neçə rozmarin yarpağını və 10-12 ədəd çəhrayı istiot dənəsini həvəngdəstədə əzin (sıyıq halına düşənədək).
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


3-4 x.q. zeytun yağı əlavə edib qarışdırın.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Bu marinadı ətin üstünə tökün.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Limonun yarısının şirəsini sıxın, ətə əlavə edin. Qarışdırın, iki saat saxlayın (bir gecə soyuducuda saxlamaq da olar).

Şirəsini sıxdığınız limonun sedrasını çıxarın, şəridlərə doğrayın (bir qədər sonra lazımınız olacaq).
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Bibər, soğan, sarımsaq və kartofu dilimləyin.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Zeytun yağı çəkilmiş dərin siniyə tərəvəzi düzün, üstünə əti və zeytunu qoyun. Qarışdırın.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Üstünə sarımsaq, istiot, limon sedrası, rozmarin budaqları səpin.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə, hazır olanadək bişirin. Təamın şirəsi buxarlanmalı, ət və tərəvəzin üstündə isə qızılı qabıq əmələ gəlməlidir.
Aralıq dənizi üsulu döşəmə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: zeytun, rozmarin, sarımsaq, istiot, qoyun, Qarışdırın, limon, doğrayın, üstünə, qırmızı, soğan, əlavə, düzün, tərəvəzi, sedrası, budaqları, Üstünə, zeytunu, çəkilmiş, lazımınız
BİZİ İZLƏYİN