• Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 200

Tarix : 16-03-2016, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq filesi
250 q bulqur
200 q göbələk
1 baş soğan
2 diş sarımsaq
100 ml bəyaz şərab
200 q toyuq və ya tərəvəz bulyonu
1 x.q. un
100 ml 33%-li qaymaq
70 q pendir
2 x.q. bitki yağı
1 x.q. kərə yağı
250 ml su
duz
istiot
cəfəri

Hazırlanması:
Toyuq filesini xırda tikələrə doğrayın. Duz, istiot və unla qarışdırın. Kərə və bitki yağlarının qarışığında, hər tərəfi ağarınca qovurun. Kasaya yığın.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Elə həmin yağda, orta itilikdə odda xırda doğranmış soğan və sarımsağı yumşalanadək qovurun.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Şərabı əlavə edin, ocağı artırın, 2 dəqiqə spirtinin buxarlanmasını gözləyin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Göbələyi əlavə edin. Sonra isə bulyonu.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Toyuq filesini qazana qaytarın, qarışdırın.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Odadavamlı qaba yığın.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Üzərinə qaymaq tökün, yüngülcə qarışdırıb, ağzını qapaq və ya folqa ilə örtün, 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Bu müddətdə bulquru hazırlayın. Tavada kərə yağının qalanını əridin, bulquru əlavə edib yaxşıca qarışdırın. Su tökün, qaynara düşəndən sonra 5-7 dəqiqə bişirin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Sobadakı qabı çıxarın, bulquru ətlə göbələyə əlavə edin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Qarışdırın. Üstünə sürtgəcdən keçirilmiş pendir əlavə edin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Qabın qapağını örtmədən (yaxud folqasız) təkrar sobaya qoyun. 5-7 dəqiqə, pendir qızaranadək bişirin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Cəfəri ilə bəzəyib süfrəyə verin.
Toyuqlu-bulqurlu kasserol resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, pendir, qarışdırın, bişirin, bulquru, bitki, istiot, filesini, xırda, Toyuq, qovurun, qaymaq, soğan, toyuq, yığın, tökün, bulyonu, sonra, yaxşıca
BİZİ İZLƏYİN