Tərkibi:4 toyuğun döş əti
2 baş soğan
3 bolqar bibəri
3 diş sarımsaq
4 pomidor
1 əd. tərəvəz bulyonu kubiki
100 q pendir
1 x.q. italyan otlarının qarışığı
0,5 st. su
0,5 st. qaymaq
2 x.q. zeytun yağı
1 çimdik muskat cevizi tozu
duz
1 x.q. kərə yağı
qara üyüdülmüş istiot
Hazırlanması:Bolqar bibərlərinin toxumunu təmizləyib halqa doğrayın (yaxşı olar ki, üç fərqli rəngdə bibər götürəsiniz).
Soğanı yarımhalqa doğrayın, sarımsağı sürtgəcin xırda gözündən keçirin.
Toyuq döşünü duzlayıb-istiotlayın, 2 x.q. zeytun yağı və 1 x.q. kərə yağında qızardın. Sonra siniyə qoyun.
Toyuğu qızartdığınız tavada soğanı qızardıb toyuğun üzərinə əlavə edin.
Bolqar bibərlərini də qızardıb toyuğa əlavə edin.
Sürtgəcdən keçirilmiş sarımsağı tavada 30 saniyə qovurun, sonra üzərinə su, qabığı soyulub xırdalanmış pomidor tökün, qarışdırın. İtalyan otları, bulyon kubiki, duz, istiot, muskat cevizi, yarım stəkan qaymaq əlavə edin, qarışdırın.
Sousu vam odda 5 dəqiqə bişirin. Sonra toyuğun üzərinə tökün. Üzərini folqa ilə bağlayın. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
[/center]
Sobadan çıxarın, folqanı açın, sürtgəcdən keçirilmiş pendir səpin, daha 15 dəqiqə folqasız bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, dəqiqə, bişirin, toyuğun, Bolqar, qarışdırın, istiot, cevizi, sarımsağı, keçirilmiş, tavada, qızardıb, Sonra, muskat, tökün, doğrayın, kubiki, pomidor, pendir