• Alma ilə qaraciyər qovurması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 627

Tarix : 25-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Foto reseptlər / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q mal qaraciyəri
1 alma
50 q balzamik sirkə (soya sousu ilə əvəz etmək olar)
duz
qara istiot
bitki yağı
göyərti

Hazırlanması:
Malın qaraciyərini təmizləyin, soyuq axar suyun altında yuyun, aşsüzənə qoyub suyunun çəkilməsini gözləyin.
Alma ilə qaraciyər qovurması resepti - FOTO RESEPT


Bitki yağını tavada qızdırın, qaraciyərin üzərinə duz-istiot səpib aradabir çevirərərk 10 dəqiqə qızardın.
Alma ilə qaraciyər qovurması resepti - FOTO RESEPT


Almanı təmizləyib dilimləyin. Bitki yağında yumşalanadək qovurun. Qaraciyərlə birlikdə boşqaba qoyun.
Alma ilə qaraciyər qovurması resepti - FOTO RESEPT


Sirkəni (soya sousunu) tavaya tökün, vam odda yarısı buxarlananadək bişirin. Qaraciyərin üzərinə gəzdirin. Üzərinə göyərti səpin.
Alma ilə qaraciyər qovurması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qaraciyərini, göyərti, Bitki, istiot, üzərinə, qovurun, yumşalanadək, Qaraciyərlə, birlikdə, boşqaba, yağında, dilimləyin, dəqiqə, qızardın, Almanı, təmizləyib, qoyun, Sirkəni, gəzdirin, Qaraciyərin, Üzərinə
BİZİ İZLƏYİN