• Spagettili rulet resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 364

Tarix : 8-10-2014, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qiymə
60 q yağ
40 q mannı yarması
15 q sarımsaq
2 q çili istiotu
0,5 ç.q. sarıkök
120 q spagetti
30 ml 20%-li qaymaq
15 q qarğıdalı nişastası
1 yumurta
duz
göyərti

Hazırlanması:
İçi boş, borucuq spagetti götürün.
Spagettili rulet resepti - FOTO RESEPT


Kərə yağını əvvəlcədən soyuducudan çıxarın ki, yumşalsın. Qiyməyə əlavə edin.
Spagettili rulet resepti - FOTO RESEPT


Sarımsağı əzib qiyməyə əlavə edin.
Spagettili rulet resepti - FOTO RESEPT


Yumurta, duz, istiot, qaymaq, nişasta və mannı yarmasını da qiyməyə əlavə edib, yaxşıca qarışdırın, bir paketə qoyub döyün.
Spagettili rulet resepti - FOTO RESEPT


Spagettini duzlu suda bişirin. Çox bişirməyin. Suyunu süzün, spagettinin üzərinə sarıkök töküb qarışdırın.
Spagettili rulet resepti - FOTO RESEPT


Masanın üzərinə qida plyonkasını sərin, spagettiləri üstünə səliqə ilə düzün. Qida plyonkasını rulet kimi bükün, soyuducuda 30 dəqiqə saxlayın.
Spagettili rulet resepti - FOTO RESEPT


Qiyməni folqanın üzərinə dördbücaqlı formada yayın. Üzərinə doğranmış göyərti ilə spagettini qoyun. Folqanın köməyilə rulet kimi bükün. Elə folqanın içində 190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Spagettili rulet resepti - FOTO RESEPT


Folqanı açın, doğrayıb süfrəyə verin.
Spagettili rulet resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, göyərti, bişirin, qiyməyə, rulet, qarışdırın, bükün, folqanın, qaymaq, mannı, plyonkasını, dəqiqə, sarıkök, spagetti, saxlayın, Qiyməni, dördbücaqlı, səliqə, sərin
BİZİ İZLƏYİN