• Vegan: Mərci mitbolları və tomat sousunda isti kök əriştələri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 8 473

Tarix : 11-11-2019, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 y.q. (45 ml) - Qızartmaq üçün zeytun yağı
1 y.q. - Rafinə olunmamış zeytun yağı (extra-virgin)
1 ədəd - Orta böyüklükdə soğan
3 ədəd - diş sarımsaq
1 y.q. (7 q) - kətan unu
2 1/2 y.q. (37 ml) - Yumurtanı əvəz etmək üçün su
1 1/2 stəkan - qaynadılmış, soyumuş yaşıl mərci
1 1/2 y.q. - Quru italyan ədviyyələri (quru reyhan + oreqano)
4/1 stəkan - Doğranmış cəfəri
1 y.q. - Tomat pastası
5-6 y.q. - Veqan parmezan
4/1 ç.q. - Dəniz duzu və qara istiot
1 y.q. - yulaf unu və ya qurudulmuş çörək içi

Servis üçün:
İsti kök əriştəsi və Marinara tomat sousu, veqan parmezan, çiy balqabaq tumları, təzə reyhan (yaşıl və ya qara).

Vegan: Mərci mitbolları və tomat sousunda isti kök əriştələri resepti - FOTO RESEPT


Hazırlanması:
Böyük tavanı orta dərəcəli ocaqda qızdırın, əvvəlcədən sobanı Farengeyt üzrə 375 dərəcəyədək (190 C) qızdırın və perqament kağızını sərin. Tava istiləşəndə zeytun yağı, soğan və sarımsağı əlavə edin. Qızılı rəng alanadək 2-3 dəqiqə yüngülcə qızardın (diqqətli olun, yanmasın), daha sonra ocaqdan götürün və sobanın üst tərəfini yandırın. Stəkana öyüdülmüş kətan toxumunu və isti suyu əlavə edin və 2-3 dəqiqə saxlayın. Hazır mərcini, 1 çay qaşığı zeytun yağını, qızarmış soğan və sarımsağı, italyan ədviyyələrini, cəfəri, tomat pastasını, kətan ununu, veqan parmezan və bir çimdik duz və istiot əlavə edin. Bütün inqrediyentlər qarışanadək blenderdən keçirin, ancaq biraz nahamar teksturada saxlayın. Dadına baxın və lazım olarsa duz, istiot, daha çox ətirli olması üçün ədviyyə, daha çox pendir dadı üçün veqan parmezan və ya yumşaqlıq üçün zeytun yağı əlavə edin. Xəmirə bənzər bir tekstura olmalıdır. Əgər qarışım hələ də çox suludursa biraz daha yulaf unu və ya çörək içi əlavə edin. "Küftələri" hazırlayın. Qarışım çox incə olduğuna görə bunu etməyin ən yaxşı üsulu - bir ovucunda saxlayaraq, digərini suya batırıb, yavaşca forma verməkdir. Küftələri veqan parmezana, yulaf ununa batırın və soba sinisinə düzün. 15 dəqiqə bişirin. Tavanı orta ocaqda qızdırın, zeytun yağını əlavə edin və küftələri tavada qızılı rəng alanadək qızarsın. Tomat sousunu, kartof soyucusuyla və ya spiralayzerlə dilimlənmiş kökləri əlavə edin.

Yeməyi boşqablara qoyun, balqabaq tumları, parmezan səpin, təzə reyhanla bəzəyin, soyuq sıxılmış zeytun yağı və öyüdülmüş qara istiot səpin. Öz sevdiyiniz pasta və ya başqa bir tərəvəz ,məsələn, qabaq əriştəsi də hazırlaya bilərsiniz.

Vegan: Mərci mitbolları və tomat sousunda isti kök əriştələri resepti - FOTO RESEPT


Marinara sousu:
Zeytun yağında soğan,sarımsaq, təmizlənmiş pomidorları, reyhan, oreqano, duz, istiot - bişir, əz, hər şey çox sadədir! Bu sousu bütün italyan yeməklərində istifadə edə bilərsiniz, o pizza, pasta və zapekanka üçün əla sousdur.

Vegan: Mərci mitbolları və tomat sousunda isti kök əriştələri resepti - FOTO RESEPT


Veqan parmezan:
Bir ovuc kajunu quru veqan mayası ilə əzim, bir çimdik duz və quru sarımsaq tozu əlavə edin və blenderdə qarışdırın. Həmçinin bütün veqan yeməklərində rəndələnmiş parmezana ən yaxın variant kimi istifadə olunur.
Etiketlər: əlavə, zeytun, veqan, parmezan, istiot, soğan, sousu, qızdırın, italyan, kətan, sarımsaq, reyhan, dəqiqə, yulaf, biraz, Marinara, balqabaq, tomat, tumları, bilərsiniz
BİZİ İZLƏYİN