• Qatıqla yarpaq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 11 057

Tarix : 10-09-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Üzüm yarpaqları - 50 qr
Çəkilmiş qoyun əti - 500 qr
Düyü - 50 qr
Soğan - 200 qr
Duz, istiot - zövqə görə
Bitki yağı
Keşniş, şüyüd, nanə, tərxun - dəstə

Hazırlanması:
Göyərtiləri yaxşıca yuyun. Düyünü də yuyun. Əti soğanla, bütün inqrediyentlər düyü, doğranmış göyərti və zövqə görə qara istiotu qarışdırın.

Üzüm yarpaqlarını yuyun, qaynar suda 2-3 dəqiqə saxlayın, sonra çıxarın. Geniş dibli qazana biraz yağ tökün (bitki yağı ola bilər), böyük yarpaqları qazanın dibinə düzün.

Yarpaqları bir-bir götütün, əti arasına qoyun və bükün. Dolmanı qazana düzün.

Qazanı ocağa qoyun, dolmanın son sırasına qədər su ilə doldurun, üzərinə kiçik düz bir boşqab qoyun ki qaynadığı zaman dolma qalxıb, açılmasın. Qapağını bağlayın, təxminən 1-1,5 saat yarpaqlar yumşayana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qoyun, yuyun, düzün, qazana, qədər, zövqə, yarpaqları, sırasına, Qazanı, dolmanın, Dolmanı, ocağa, Yarpaqları, qazanın, dibinə, götütün, arasına, bükün, kiçik, bağlayın
BİZİ İZLƏYİN