• Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 951

Tarix : 15-02-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q kartof
1 yumurta
2 x.q. mannı yarması
3 x.q. kəsmik
500 q un
1 baş soğan
200 q təzə şampinyon
200 q qiymə
duz, ədviyyat - zövqə görə
3-4 x.q. zeytun yağı

Hazırlanması:
Kartofu suda bişirin, əzin. Yumurta, kəsmik, duz vurub yaxşıca qarışdırın.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Mannı və az-az un əlavə edib xəmir yoğurun.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


İç: zeytun yağında xırda doğranmış soğanı qovurun, göbələk əlavə edib 5 dəqiqə bişirin, sonra qiymə əlavə edib yaxşıca qarışdırın, ədviyyat vurun, tavanın qapağını örtüb daha 5 dəqiqə bişirin.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Xəmirdən kündələr tutun.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Hər kündəni əlinizlə yastılayıb içinə iç qoyun.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Kənarlarını birləşdirib hamar kürə kimi yumrulayın.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Qaluşkaları un səpilmiş siniyə düzün. Duzlu suda bişirin. Suyun üstünə çıxandan sonra daha 5-7 dəqiqə qaynadın.
Göbələkli kartof qaluşkaları resepti - FOTO RESEPT


Xama ilə çox əla dadır.
[center][/center]

Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, əlavə, qiymə, zeytun, ədviyyat, yaxşıca, qarışdırın, sonra, kəsmik, qoyun, Kənarlarını, birləşdirib, əlinizlə, kündələr, Xəmirdən, tutun, kündəni, yastılayıb, hamar
BİZİ İZLƏYİN