• Meksika üsulu ət ruleti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 550

Tarix : 8-10-2014, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
1 iri baş soğan
1 ortaboy yerkökü
2 diş sarımsaq
1/2 qırmızı şirin bibər
1 x.q. doğranmış çili istiotu (xalapenyo) konservi
600 q mal əti
100 q qoyun əti
3 x.q. xırda suxarı
2 yumurta
1 ç.q. döyülmüş zirə
1/4 ç.q. çili tozu
duz və döyülmüş qara istiot - zövqə görə
bitki yağı (qızartmaq üçün)

Hazırlanması:
Soğanı, yerkökünü, şirin bibəri və sarımsağı xırda doğrayın.

Tavada 2 x.q. bitki yağını qızdırın, doğradığınız tərəvəzləri əlavə edib 7-8 dəqiqə qovurun.
Meksika üsulu ət ruleti resepti - FOTO RESEPT


Qiyməni, qovurduğunuz tərəvəzi, çili istiotlarını, suxarı, yumurta və ədviyyatı bir qabda yaxşı-yaxşı qarışdırın.
Meksika üsulu ət ruleti resepti - FOTO RESEPT


Dördbucaqlı siniyə döşəyib hamarlayın.
Meksika üsulu ət ruleti resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.

Sobadan çıxarandan sonra 10 dəqiqə otaq temperaturunda saxlayın, sonra sinidən çıxarıb doğrayın.
Meksika üsulu ət ruleti resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, yumurta, suxarı, bitki, doğrayın, yaxşı, xırda, döyülmüş, sonra, şirin, olsun, qabda, çıxarıb, qarışdırın, ədviyyatı, istiotlarını, qovurduğunuz, tərəvəzi, qovurun, Dördbucaqlı
BİZİ İZLƏYİN