• Lankaşir raqusu resepti

Reseptin məlumatları Baxış sayı: 13 810

Tarix : 13-03-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 q quzu əti
60 q un
2 baş soğan
2 kərəviz budağı
1 yerkökü
100 q şalğam
1 çimdik duz
qara istiot
3 dəfnə yarpağı
1 ç.q. kəklikotu
1 ç.q. rozmarin
1,2 ç.q. ingilis xardalı*
1 çimdik muskat cevizi
450 q kartof
400 ml ət bulyonu
2 x.q. vusterşir sousu
1 diş sarımsaq
15 q kərə yağı

Hazırlanması:
Yerkökü, kərəviz, soğan və şalğamı böyük olmayan kubik şəklində doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun.

Ocağı azaldıb un əlavə edin, 2 dəqiqə qovurun. Tavadakı ərzağı dərin bişirmə qabına (daha yaxşısı - küpəyə) qoyun.

Əti tikələrə doğrayın, tərəvəzlərin üstünə düzün. Ət suyu, xardal, vusterşir sousu, sarımsaq, dəfnə yarpağı, ədviyyatları əlavə edin, qarışdırın.

Kartofu fal-fal doğrayıb üzərinə düzün. Qapağını bağlayıb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin.

Bu müddət ötdükdən sonra qazanın qapağını açın, sobanın temperaturunu maksimal dərəcəyədək artırın. Kartof tam qızardıqda raqunu sobadan çıxarın.

* İngilis xardalı: 200 q xardal tozu, 50 q un, 12 q duz, 100 q şəkər tozu, 60 q sirkə, istiot, 0,5 st. su. Xardal tozunu ələkdən keçirin, qaynar su əlavə edib qaynadın, qatı xəmir alınacaq, bunun üzərinə qaynar su töküb 12-24 saat saxlayın. Sonra üzərindəki suyu süzün, "xəmirə" duz, şəkər tozu, un, qara istiot və sirkə əlavə edib yaxşıca qarışdırın. Bu xardalı keramik qabda soyuq yerdə saxlayırlar.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, xardalı, qovurun, sarımsaq, sousu, doğrayıb, düzün, sirkə, qaynar, şəkər, üzərinə, qarışdırın, vusterşir, xardal, yarpağı, çimdik, dəfnə, soğan, kərəviz
BİZİ İZLƏYİN