• Çar toyuğu resepti

Reseptin məlumatları Baxış sayı: 14 493

Tarix : 9-10-2014, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq-lıq toyuq
1 pomidor
1 baş soğan
2 x.q. mayonez
1 çiy yumurta
200 q şampinyon
2-3 diş sarımsaq
100 q pendir
ağ istiot - istəyə görə
karri- istəyə görə
duz- istəyə görə
bitki yağı

Bəzək üçün: kahı yarpağı, zeytun, pomidor, göyərti

Hazırlanması:
Toyuğu qarın hissəsindən iki hissəyə bölün, dərisini yırtmadan içindəki bütün sümükləri çıxarın. Nəticədə iki iri toyuq filesi alınacaq.

Ətin üstünü bıçaqla çərtin və döyün. Üstünə xırdalanmış sarımsaq, duz və ağ istiot səpin, soyuq yerdə 10-15 dəqiqə saxlayın.

Pomidorla göbələyi xırda doğrayıb bitki yağında 15 dəqiqə bişirin.

Yumurtanı mayonezlə çalın, sonra pomidorla göbələyin üstünə tökün.

Alınan omleti sobada 200 dərəcə temperaturda 15 dəqiqə bişirin.

Hazır omleti soyudub 4 yerə bölün. Sonra hər filenin üstünə iki omlet qoyun, üstünə sürtgəcdən keçirilmiş pendir səpin, rulet kimi bükün.

Ruletləri yağlanmış siniyə, "tikiş" hissəsi aşağı olmaqla düzün. 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Hazır ruleti doğrayın, içinə kahı yarpağı döşənmiş buluda qoyun, üstünü zeytun, göyərti və pomidor dilimlərilə bəzəyin.

Nuş olsun!
Etiketlər: dəqiqə, istəyə, üstünə, bişirin, pomidor, sobada, omleti, göyərti, qoyun, dərəcə, üstünü, bölün, Hazır, səpin, zeytun, pendir, yarpağı, toyuq, istiot, sarımsaq
BİZİ İZLƏYİN